44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız-Yalçın Rəhimov Elçin oğlu və Əliağa Məmmədov Eldəniz oğlunun doğum günlərində onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
İyulun 25-də Akademiyanın əməkdaşları şəhid Yalçın Rəhimovun ev-muzeyini ziyarət edərək ailəsinə dərin hüznlə başsağlığı verib, səbir diləyib, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın daim Azərbaycan xalqının yaddaşında yaşayacağını bildiriblər.
İyulun 26-da isə Sabunçu rayon Maştağa qəsəbəsində şəhid Əliağa Məmmədovun məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!





