Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub
Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub
Dövlət İmtahan Mərkəzinin 2025/2026-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirdiyi müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası üzrə yüksək göstərici qeydə alınıb. Belə ki,
Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub.
Bu il Akademiyada magistratura səviyyəsinə Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” və Hüquqşünaslıq istiqaməti üzrə “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmaları üzrə qəbul həyata keçirilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsinə qəbul olunan bütün bakalavrları təbrik edir, elmin və təhsilin növbəti pillələrində müvəffəqiyyətlər arzulayırıq!