Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da layihə işlərinin müdafiəsi başlayıb

DGKA-da layihə işlərinin müdafiəsi başlayıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) IV kurs tələbələrinin təcrübə hesabatı/layihə işlərinin müdafiəsi başlayıb. 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran “İnformasiya texnologiyaları” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarının tələbələrinin istehsalat təcrübəsi müddətində onlara gömrük fəaliyyəti ilə bağlı təyin edilmiş layihə işlərinin müdafiəsi keçirilib.
Hər iki qeyd olunan ixtisas üzrə layihə işləri Akademiyanın “İnformasiya texnologiyaları və texniki elmlər” kafedrasının müəllimi Asif Qanbayevin sədrlik etdiyi Müdafiə Komissiyası tərəfindən qiymətləndirilib. Komissiyada Dövlət Gömrük Komitəsinin məsul əməkdaşları və Bakı Mühəndislik universitetinin müəllimləri iştirak ediblər.
Müdafiədə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov komissiya heyətini salamlayaraq müdafiə prosesi haqqında məlumat verib və Komissiyanın işinə uğurlar arzulayıb.
Komissiya sədri və üzvləri də çıxış edərək müdafiədə iştirak edən tələbələrə xoş arzularını çatdırıblar.
Daha sonra tələbələr layihə işlərinin mövzularına uyğun olaraq, müxtəlif sahələr üzrə hazırladıqları layihələri, araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlarla çıxış edib komissiyanın suallarını cavablandırıblar.
Qeyd edək ki, 2024/2025-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran "Hüquqşünaslıq", “İqtisadiyyat”, “Beynəlxaq ticarət və logistika” ixtisasları üzrə layihə işlərinin, magistratura səviyyəsi üzrə isə “Beynəlxalq iqtisadi hüquq” və “Gömrük işi” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçiriləcək.