Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da “Açıq qapı günü” keçirilib

DGKA-da “Açıq qapı günü” keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında abituriyentlər üçün “Açıq qapı günü” keçirilib. 2025/2026-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslarla bağlı məlumat almaq və Akademiya ilə tanış olmaq məqsədilə təşkil olunan görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, tələbələri, abituriyentlər və onların valideynləri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Akademiyanın rəisi Qulu Novruzov Akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verərək Dövlət Gömrük Komitəsinin rəhbərliyinin diqqət və qayğısı sayəsində burada tələbələr üçün yaradılan şəraitdən bəhs edib. Dövlətimizin davamlı inkişafı naminə vətənpərvər, hərtərəfli biliklərə malik savadlı gəncliyin yetişdirilməsinin önəmini qeyd edən Q. Novruzov sonda bütün abituriyentlərə tələbə adını qazanmağı arzulayıb.
Daha sonra Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov Akademiyanın fəaliyyəti, tədris və qiymətləndirmə prosesi, nailiyyətləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimatla çıxış edib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda abituriyentlər Akademiyada yaradılan şərait və infrastrukturla yaxından tanış olublar.