Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olublar
DGKA tələbələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olublar
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin beşinci “Məzun günü” keçirilib. Belə ki, Akademiyanın İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri Qurban Xanıyev, Gülyaz İsmayılzadə və həmin ixtisas üzrə cari ilin məzunu Aysel Rüstəmova Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olaraq müvafiq rəsmi sertifikata layiq görülüblər.
Ümumilikdə, bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb.
Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən “Blue team”, “Red team” və “Purple team” qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər haqqında praktiki biliklərə yiyələniblər.

