DGKA-da imtahan sessiyası davam edir
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir. İmtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə imtahan qərargahı fəaliyyət göstərir.
Dövlət Gömrük Komitəsi sədrinin müavini gömrük xidməti general-mayoru Natiq Şirinov və Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, imtahan mühitinin təşkilinə dair müvafiq tövsiyələr veriblər.
Qeyd edək ki, 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyul ayının 4-də yekunlaşacaqdır.